COP29


Çində İqlim Fəaliyyəti üzrə Nazirlərin 8-ci iclası keçirilir

Çin Uhan şəhərində İqlim Fəaliyyəti üzrə Nazirlərin (MoCA) “Qlobal iqlim fəaliyyətinin gücləndirilməsi və stimullaşdırılması: Paris İqlim Sazişinin məqsədlərinin uzunmüddətli perspektivdə həyata keçirilməsi” mövzusunda 8-ci iclası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Çinin Ekologiya və Ətraf Mühit Nazirliyinin təşkilatçılığı, COP28-in ev sahibi Birləşmiş Ərəb Əmirliklərinin, COP29-un ev sahibi Azərbaycanın və COP30-un ev sahibi Braziliyanın dəstəyi ilə keçirilən tədbirdə iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunur.