“Azərbaycan Olimpiya Evi”ndə idmançılarımızla görüş keçirilib
31.07.2024 [11:15]
XXXIII Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən “Azərbaycan Olimpiya Evi”ndə ölkəmizi sevənlər və idmançılarımızı dəstəkləyən müxtəlif xalqların, beynəlxalq təşkilatların nümayəndələri ilə Azərbaycan idmançılarının görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının Prezidenti, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev, Olimpiya və dünya çempionları, bir çox beynəlxalq təşkilatın, müxtəlif ölkələrin rəsmi nümayəndələri, “Paris-2024” Oyunlarında ölkəmizi təmsil edən idmançılar və onların məşqçiləri, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər tədbirdə iştirak ediblər.