Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağ Universitetinin tələbəsi: Azad olunmuş torpaqlarda təhsil almaq mənim üçün böyük sevinc və qürurdur

24.08.2024 [16:45]

Xəbərin mətni

Yardımlı rayonunun Bozayran kənd tam orta məktəbinin məzunu Səma Əzimli bu il ali məktəblərə qəbul imtahanında 625,9 bal toplayaraq Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əzimli Səma uşaqlıqdan hüquq üzrə təhsil almaq arzusu ilə yaşayıb. Qarabağ Universitetinin yaranmasından sonra bu arzusunu daha da konkretləşdirib. Əvvəlcə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olmaq istəyən Səma, Qarabağ Universitetinin yaranması ilə bu möhtəşəm təhsil müəssisəsində oxumağı qarşısına məqsəd qoyub.