ABŞ-da yaşayan azərbaycanlı gənclərin ilk forumu keçirilib
01.09.2024 [09:17]
Xəbərin mətni
ABŞ-ın Corc Vaşinqton Universitetində bu ölkədə yaşayan azərbaycanlı gənclərin ilk forumu keçirilib.
AZƏRTAC-ın məlumatına görə, forumda ABŞ-ın 20-dən çox ştatında yaşayan tələbə-gənclər, diaspor nümayəndələri, elm adamları, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələri iştirak ediblər.