Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncədə 4 dairə üzrə seçki prosesi uğurla davam edir

01.09.2024 [12:01]

Xəbərin mətni

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər Gəncə şəhərində yaradılmış 4 dairə seçki komissiyası üzrə fəaliyyət göstərən məntəqələrdə də seçici fəallığı ilə davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 38 saylı Gəncə birinci, 39 saylı Gəncə ikinci, 40 saylı Gəncə üçüncü və 41 saylı Gəncə-Samux-Goranboy seçki dairələri fəaliyyət göstərir. Şəhər üzrə 133 seçki məntəqəsi fəaliyyət göstərir, səsvermə hüququ olan vətəndaşların sayı isə 181090 nəfərdir.