CƏMİYYƏT


104 yaşlı Qızvəs nənə: Layiqli namizədə səs verdim

Lənkəranda 104 yaşlı seçici növbədənkənar parlament seçkilərində səs verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran rayonunun Xarxatan kənd sakini 104 yaşlı Qızvəs Mehtiyeva səhhətində problem yarandığı üçün 76 saylı Lənkəran-Masallı seçki dairəsinin 29 saylı məntəqəsinə seçki qutusunun evinə gətirilməsi üçün müraciət edib. Onun istəyinə uyğun olaraq evinə səyyar seçki qutusu gətirilib.