Şəkidə quyuya yıxılaraq köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
02.09.2024 [12:03]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Şəki rayonu, Orta Zəyzid kəndinin ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunublar.