Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıblar
02.09.2024 [14:54]
Xəbərin mətni
Paytaxtın Suraxanı rayonu və digər ərazilərində silsilə oğurluq hadisələri qeydə alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, naməlum şəxslər müxtəlif vaxtlarda şəxsiyyətlərini gizlətmək məqsədilə hazırladıqları xüsusi maskalarla kamuflyaj olunaraq 7 marketi talayıblar. Onlar həmin marketlərdən 2 min manatdan artıq nağd pul, 12 min manat dəyərində tütün məmulatları və ödəmə terminallarından 27000 manata yaxın maddi vəsait ələ keçiriblər.