CƏMİYYƏT


FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin təlimi keçirilib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin, fövqəladə hallar könüllülərinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşlarının və Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) mütəxəssislərinin iştirakı ilə paytaxtın Türkan və Hövsan qəsəbələrinin ərazisində növbəti dəfə 36 saat ərzində fasiləsiz olaraq davam edən taktiki-xüsusi təlim keçirilib. Təlim Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə reallaşıb.