Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ötən ay sənədləri olmayan 94 əcnəbi saxlanılıb

02.09.2024 [16:21]

Xəbərin mətni

Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən avqust ayında keçirilən tədbirlərlə daha 94 əcnəbi vətəndaş qeyd olunan qanun pozuntularına yol verdikləri üçün saxlanılıb.