DİN: Saxlanılan üç şəxsdən 35 kiloqramadək narkotik vasitə aşkarlanıb
02.09.2024 [17:49]
Xəbərin mətni
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, növbəti tədbirlərlə daha bir narkoşəbəkənin üzvləri, əvvəllər məhkum olunmuşlar - Xaliq Hüseynzadə, Seymur Məmmədli və tanışı Elşən Qəniyev saxlanılıblar. Onların üzərindən, avtomobillərindən və yaşadıqları evlərdən 35 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və heroin aşkarlanıb.