Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xətai rayonunda qaz sızması nəticəsində partlayış olub, xəsarət alan var

07.09.2024 [11:18]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.