Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səbaildə saxlanılan şəxslərdən 2 kiloqram heroin aşkarlanıb

07.09.2024 [15:25]

Xəbərin mətni

Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuşlar Elvin İsmayılov və tanışı S.Gözəlova saxlanılıblar. Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onların üzərindən 2 kiloqramdan çox narkotik vasitə olan heroin aşkarlanıb.