CƏMİYYƏT
DİN: Avtomobil yollarında gücləndirilmiş iş rejimində fasiləsiz xidmət aparılır
09.09.2024 [17:20]
Xəbərin mətni
Polis əməkdaşları hərəkətin intensiv olduğu avtomobil yollarında gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, respublika ərazisində, xüsusilə də paytaxtın avtomobil yollarında hərəkətin intensivliyinin və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi əməkdaşları fasiləsiz xidmət aparırlar. Polis əməkdaşları tərəfindən mütəmadi olaraq profilaktik-maarifləndirmə tədbirləri keçirilir.