Bahar Muradova: Azərbaycanda qadınların rəqəmsal iqtisadiyyatda iştirakı artıb
12.09.2024 [10:42]
Xəbərin mətni
Çinin Şandon əyalətinin Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) "Rəqəmsallaşma vasitəsilə qadınların iqtisadi hüquqları və imkanlarının artırılması" mövzusunda Qadınlar Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, ŞƏT-in, Ümum-Çin Qadınlar Federasiyasının və Şandon əyaləti hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Forumda ŞƏT-in üzvü, müşahidəçisi və dialoq tərəfdaşı olan ölkələrin nümayəndələri, ümumilikdə 26 dövlətin təmsilçiləri, o cümlədən rəhbər şəxsləri iştirak edirlər. Nüfuzlu tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.