İtaliyadakı Mədəniyyət Mərkəzimizdə “Şuşa. Naxışların rəqsi” rəqəmsal sərgisi açılıb
02.10.2024 [15:52]
Xəbərin mətni
Azərbaycanın İtaliyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində “Şuşa. Naxışların rəqsi” rəqəmsal sərgi açılıb və master-klas keçirilib.
AZƏRTAC xəbər verir ki, səfirliyin Mədəniyyət Mərkəzi, Yunus Əmrə İnstitutu, Türkiyə Radio və Televiziya Ali Şurası (RTÜK) və “Mezo” Rəqəmsal İncəsənət Qrupunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatik korpusun, mədəniyyət, incəsənət və akademik dairələrin nümayəndələri iştirak ediblər.