Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev AZƏRTAC-ın stendini ziyarət edib

05.10.2024 [19:22]

Xəbərin mətni

Bu il Azərbaycanda məşhur qazax yazıçısı Berdibek Sokpakbayevin yüz illiyi qeyd edilir. Bu əlamətdar hadisə UNESCO tərəfindən qeyd edilən yubiley kimi qəbul olunub. Yubuleyin qeyd olunması ilə bağlı geniş tədbirlər proqramı hazırlanıb. Bu çərçivədə X Bakı Beynəlxalq Kitab Sərgisində yazıçının “Mənim Adım Kojadır” adlı məşhur əsəri ilk dəfə Azərbaycan dilində oxuculara təqdim olunub. Berdibek Sokpakbayev zəngin irsi ilə klassik bir yazıçı olduğunu isbat edib”.

Bu sözləri X Bakı Beynəlxalq Kitab Sərgisində AZƏRTAC-ın stendini ziyarət edən Qazaxıstan Prezidentinin müşaviri, Qazax ədəbiyyatının tanınmış nümayəndəsi Malik Otarbayev agentliyin müxbirinə açıqlamasında deyib.