Azərbaycan Dövlət İnformasiya Agentliyi

UNESCO: Azərbaycanın COP29-a sədrliyi çərçivəsində C4C adlı təşəbbüsünə həsr edilmiş konfrans olub

08.10.2024 [22:50]

Xəbərin mətni

Mədəni ölçüləri iqlimlə bağlı fəaliyyət strategiyasına inteqrasiya etməyə təcili ehtiyac olduğu bir vaxtda UNESCO və bu təşkilat yanında Azərbaycan Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə UNESCO-nun mənzil-qərargahında “Mədəniyyətə əsaslanan iqlim fəaliyyəti” (C4C) adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın COP29-a sədrliyi çərçivəsində bütün ölkələrin mədəniyyət nazirlərini bir araya gətirəcək “Mədəniyyətə əsaslanan iqlim fəaliyyəti” (C4C) adlı təşəbbüs təqdim olunub. Konfransda Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, UNESCO-nun Baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Ottone, UNESCO-nun ekologiya və torpaq elmləri bölməsinin direktoru, insan və biosfer proqramının katibi Antonio Abrö (Antonio Abreu), beynəlxalq ekspert Martin Nyumən, təşkilata üzv dövlətlərin səfir və daimi nümayəndələri və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.