Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

06.11.2024 [20:41]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri noyabrın 6-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, Bişkek şəhərinin “Manas 2” Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər yola saldılar.

BÖLMƏNİN DİGƏR VİDEOLARI