Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Özbəkistanda Zəfər Günü münasibətilə tədbir keçirilib

07.11.2024 [14:23]

Xəbərin mətni

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Zəfər Günü ilə bağlı konsert tədbiri keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, yazıçı və şairlər, Azərbaycan diasporunun üzvləri, tələbələr və media nümayəndələri iştirak ediblər.