Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Parisdə azərbaycanlı rəssamların “Dayanıqlı baxış: daha yaşıl gələcək naminə incəsənət” adlı sərgisi açılıb

29.11.2024 [21:49]

Xəbərin mətni

Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində “Dayanıqlı baxış: daha yaşıl gələcək naminə incəsənət” adlı sərgi açılıb. AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən səfir Leyla Abdullayeva Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, bu Sərəncam Azərbaycanın ekoloji problemlərin həllinə sadiqliyini əks etdirir və iqlim dəyişikliyinin aradan qaldırılması üzrə qlobal səylərdə ölkəmizin böyük rol oynadığını vurğulayır. Həmçinin iqlim dəyişikliyi ilə daha fəal mübarizə aparmaq məqsədi daşıyır.