Kəlbəcər yenidən dirçəlir - REPORTAJ
03.04.2025 [11:37]
Xəbərin mətni
1993-cü il aprel ayının əvvəlində ölkəmizdə gedən siyasi hərc-mərcliklər və AXC-Müsavat hakimiyyətinin xalqımızın və ərazilərimizin təhlükəsizliyini təmin edə bilməməsi nəticəsində Qarabağın dilbər guşələrindən biri olan Kəlbəcər rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunur. İşğal nəticəsində onlarla tarixi abidə, 150-yə yaxın kənd, İstisu sanatoriyası və Kəlbəcər şəhəri dağıdılaraq xarabazara çevrilib.