Birol Akgün: 1926-cı il qurultayının 100 illiyini Türk dünyasının ortaq əlifbası ilə qeyd etməyi səbirsizliklə gözləyirik
03.05.2025 [19:12]
Xəbərin mətni
Türk Dövlətləri Təşkilatı (TDT) sadəcə regional platforma deyil, eyni zamanda, həmrəyliyin bir təzahürüdür. TDT beynəlxalq aləmdə əməkdaşlığı və həmrəyliyi təşviq edən platformadır. AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün "Dildə, fikirdə, əməldə birlik – Türk dünyasının gələcəyi" mövzusunda keçirilən panel iclasdakı çıxışında bildirib.