Azərbaycan Dövlət İnformasiya Agentliyi

Binəqədi rayonunda qadınlar üçün tibbi-sosial aksiya təşkil olunub

04.05.2025 [20:01]

"Qadın Sağlamlığı Mərkəzi" İctimai Birliyi və Milli Onkologiya Mərkəzinin birgə təşəbbüsü ilə Binəqədi rayonunda tibbi-sosial aksiya keçirilib. Aksiyaya Bakı Patologiya Mərkəzi dəstək göstərib. Aksiyada rayonun Mənzil-Kommunal İstismar sahələrində çalışan 200-dən çox qadın müayinə olunub. Skrininq müayinələrinin nəticələri Milli Onkologiya Mərkəzinə yönləndiriləcək.