Azərbaycan Dövlət İnformasiya Agentliyi

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı

23.09.2026 [21:03]

Xəbərin mətni

Prezident İlham Əliyevin dünən "Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər işğal illərində yaşananların bir sıra məqamlarını yenidən gündəmə gətirir. Amma söhbət yalnız gözlə görünən dağıntılardan getmir. Qarabağın yeraltı sərvətləri də illər ərzində istismara məruz qalıb. Bu siyahıda Zəngilanda yerləşən “Vejnəli” və Ağdərədəki “Qızılbulaq” qızıl yataqları xüsusi yer tutur. İşğal dövründə bu yataqların talan olunmasında "Base Metals" və "Gold Star" şirkətləri yaxından iştirak ediblər. Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladıqları videomaterialda izləyə bilərsiniz.