Azərbaycan Dövlət İnformasiya Agentliyi

KOBİA sədri: Əczaçılığın inkişafında özəl sektorun təşəbbüsləri həlledici əhəmiyyət daşıyır

05.05.2025 [17:55]

Xəbərin mətni

Ötən müddət ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro və kiçik sahibkarlara 200-dən çox startap şəhadətnaməsi verilib. Onların arasında səhiyyə müəssisələrində elektron idarəetmənin təşkili, tibbi xidmətlərin mobil tətbiqlər üzərindən göstərilməsi, ekoloji standartlara uyğun fəaliyyətin proqram təminatı ilə idarə olunması, eləcə də tibbi xidmətlərə qeydiyyat, nəzarət və analiz imkanlarını əhatə edən rəqəmsal platformaların inkişafını nəzərdə tutan layihələr də mövcuddur. Bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq tədbirdə çıxışı zamanı deyib.