Azərbaycan Dövlət İnformasiya Agentliyi

Faşizm üzərində Qələbənin 80-ci ildönümüdür

09.05.2025 [12:09]

Xəbərin mətni

Tarix boyunca dünyada çoxlu qanlı müharibələr baş verib. Onların əksəriyyəti bir dövlətin digərinin ərazisinə hücumu ilə başlayıb və tərəflərdən birinin qələbəsi ilə nəticələnib. Ancaq İkinci Dünya Müharibəsi fərqli idi, bu, təkcə bir dövlətə qarşı deyil, insanlığı təhdid edən faşist ideologiyasına qarşı savaş idi. Faşizm alman xalqını üstün irq kimi təqdim edir, digər xalqları isə özünə tabe etməyi hədəfləyirdi. Bu ümumbəşəri mübarizədə Azərbaycanın, xüsusilə də Bakının rolu həlledici və əvəzsiz idi.