Ulu Öndərin rəhbərliyi dövründə ölkəmiz əsrlərə bərabər inkişaf yolu keçib
10.05.2025 [09:59]
Xəbərin mətni
Tarixdə elə şəxsiyyətlər olur ki, onların fəaliyyəti xalqın, dövlətin, hətta gələcək nəsillərin belə inkişaf yolunu müəyyən edir. Azərbaycan dövlətçiliyinin tarixində də məhz Heydər Əliyev belə şəxsiyyətlərdən olub və Ümummilli Liderlik zirvəsinə ucalıb. Azərbaycan tarixinin bütöv bir mərhələsi böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.