"Avropa Siyasi Birliyi" - Praqadan Tiranaya
16.05.2025 [17:47]
Xəbərin mətni
“Avropa Siyasi Birliyi”nin ilk Zirvə toplantısı Çexiyanın paytaxtı Praqada baş tutub. Qitə ölkələri arasında siyasi əlaqələndirmə platforması rolunu oynayan Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Qeyd edək ki, ölkəmiz 2022-ci ildə Praqada keçirilən ilk toplantıdan etibarən Avropa Siyasi Birliyinin bütün sammitlərində fəal iştirak edir. Bu isə Azərbaycanın qarşılıqlı siyasi fəaliyyət və regional inteqrasiya üçün yeni platformalarda maraqlı tərəf olduğunu göstərir.