Ceyhun Bayramov: Rusiya ilə Ukrayna arasında sülhün əldə edilməsi ilə bağlı Türkiyədə keçirilən danışıqları müsbət dəyərləndiririk
25.05.2025 [15:44]
Xəbərin mətni
Həmkarım Rusiya-Ukrayna müharibəsində son vəziyyətlə bağlı fikirlərini bölüşdü. İlk olaraq bizim arzumuz atəşkəsin əldə edilməsidir. Münaqişənin siyasi-hüquqi yollarla həllinin tərəfdarıyıq.Bu fikirləri mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov səsləndirib.