Xalid Əl Qait: İslamofobiyaya qarşı mübarizə qabaqlayıcı tədbirlər, maarifləndirici proqramlar və effektiv siyasətlərlə müşayiət olunmalıdır
26.05.2025 [14:53]
Xəbərin mətni
Bugünkü beynəlxalq konfransda bir araya gələrək yalnız bir problem üzərində düşünmür, eyni zamanda humanist, ədalətli və tolerant dünyanın qurulması üçün ortaq öhdəliklərimizi nəzərdən keçiririk. Bu kontekstdə, Azərbaycanın multikulturalizmə, dinlərarası harmoniyaya yanaşması, həmçinin islamofobiyaya qarşı apardığı ardıcıl və səmərəli mübarizə olduqca nümunəvidir. Bunu İnsan Qardaşlığının Ali Komitəsinin Baş katibi Xalid Əl Qait mayın 26-da Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.