Ramin Məmmədov: İslamofobiyaya meyillilik son illər rəqəmsal media platformalarında da müşahidə edilir
26.05.2025 [14:57]
Xəbərin mətni
İslamofobiyaya meyillilik son illərdə bütün dünyada artır və bu, artıq təkcə fərdi münasibətlər səviyyəsində deyil, rəqəmsal media platformalarında da müşahidə olunur. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfransın plenar iclasında deyib.