Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçın kanat yolu saatda 800 sərnişinə xidmət edəcək

29.05.2025 [19:59]

Xəbərin mətni

Laçının füsunkar təbiəti, turizm imkanları nəzərə alınaraq rayonda turizm infrastrukturunun qurulmasına da xüsusi diqqət yetirilir. Bu məqsədlə yaradılan Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad olunduqdan sonra qısa zamanda bərpa edilən Laçında çox mühüm sosial-infrastruktur layihələri həyata keçirilir. O cümlədən turizm infrastrukturuna xüsusi diqqət yetirilir.