Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Atəşgah məbədi" — Tarix və inancın qovuşduğu məkan

05.06.2025 [12:01]

Xəbərin mətni

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Növbəti ünvan “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğudur. Bakının mərkəzindən təxminən 30 kilometr aralıda, Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu Azərbaycanın ən unikal abidələrindən biri hesab olunur. Bu müqəddəs məkan qədim dövrlərdə zərdüştilərin ibadətgahı kimi tanınıb. Əbədi alova mistik güc verən atəşpərəstlər burada yerləşən təbii qaz çıxışlarından alovlanan odu müqəddəs sayaraq, ibadət etmək üçün bu məkana üz tutublar.