COP30-un icraçı direktoru: Hazırda biz Azərbaycandan öyrənərək Belemə hazırlıq görürük
18.06.2025 [12:50]
Xəbərin mətni
COP29-a hazırlıq dövründən başlayaraq azərbaycanlı həmkarlarımızla çox sıx əməkdaşlıq edirik. Bu güclü tərəfdaşlığı COP30-a hazırlıq zamanı da davam etdiririk. Hazırda Bonn şəhərində iqlim görüşlərindəyik. Azərbaycanın ev sahibliyi etdiyi COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin buradakı iclasın başlanması üçün çalışdığını görürəm. Aydındır ki, o, danışıqları aparır və biz də bununla bağlı Azərbaycanın bütün ehtiyaclarına dəstək verməyə hazırıq. Bu barədə jurnalistlərə açıqlamasında Braziliyanın iqlim dəyişikliyi üzrə katibi, COP30-un icraçı direktoru Ana Toni deyib.