Silahlı Qüvvələr – Sülhün və Gücün Zəmanəti
26.06.2025 [10:00]
Xəbərin mətni
1918-ci ilin 26 iyun günü... Müstəqilliyin, azadlığın əsas təminatçısı olan Azərbaycan Xalq Cümhuriyyətinin Silahlı Qüvvələri yaradıldı. Səməd bəy Mehmandarovun adı Azərbaycanın ilk Ordu generalı kimi tarixə yazıldı. Qısa müddət ərzində Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakı və ətraf əraziləri erməni-bolşevik işğalından azad etdi. Milli Ordunun ömrü az olsa da, xalqımızın mərdliyini, mübarizliyini sübut etdi. SSRİ dövründə müstəqil orduya sahib olmayan Azərbaycan 1993-cü ildən ordu quruculuğuna başladı. Ulu öndər Heydər Əliyevin göstərişi ilə müasir ordu quruculuğu prosesinə start verildi.