Azərbaycan Dövlət İnformasiya Agentliyi

“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olunub

03.07.2025 [14:37]

Xəbərin mətni

Sosial Tədqiqatlar Mərkəzində (STM) milli mədəni irsin qorunması və dünyaya tanıdılması istiqamətində daha bir vacib tədbir keçirilib. Azərbaycanın qədim və zəngin kulinariya ənənələrini əks etdirən “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri ictimaiyyətə təqdim olunub.