Mixail Qusman: Azərbaycanın ən görkəmli jurnalistləri və fotomüxbirləri məhz AZƏRTAC-da çalışıb
20.07.2025 [22:28]
Xəbərin mətni
AZƏRTAC-ın tarixinin yarısı qədər mənim bu agentliklə uzunmüddətli əlaqələrim var. Biz tarixi bilməli, ondan nəticə çıxarmalı və faydalanmalıyıq. AZƏRTAC kimi tarixi olan bir xəbər agentliyinin keçmişindən danışmaq olduqca vacibdir. AZƏRTAC xəbər verir ki, bu sözləri TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman Şuşa Qlobal Media Forumu çərçivəsində Laçında keçirilən “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masada deyib.