SABAH qruplarında ixtisas sahələri artırılacaq
25.07.2025 [11:39]
Xəbərin mətni
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda SABAH qruplarının və yeni məzmunlu təhsil proqramlarının genişləndirilməsi nəzərdə tutulub. Cari mərhələdə bu proqramlarda təhsil alan tələbələrin sayı 15 minə çatdırılması hədəflənir. AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli məlumat verib.