Sona Nurməmmədli: 700 bal toplamaq üçün bütün istəklərimdən imtina etdim
25.07.2025 [18:21]
Xəbərin mətni
Ötən gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilib. Bu qruplar üzrə 2 şagird 700 bal toplayaraq ən yüksək nəticəni əldə edib. Onlardan biri 272 nömrəli tam orta məktəbin şagirdi Sona Nurməmmədlidir. Həmsöhbətimin sözlərinə görə, o, bu balı toplamaq üçün bütün istəklərindən imtina edib.