XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
30.07.2025 [11:56]
Xəbərin mətni
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə keçirilən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb. Gözəl ənənəyə çevrilən festival bu dəfə də möhtəşəmliyi ilə musiqisevərlərin diqqətini Qəbələyə cəlb edə bilib. İyulun 24-də başlanan və altı gün davam edən musiqi bayramında Azərbaycanla yanaşı, Latın Amerikası, Gürcüstan və Litvadan görkəmli musiqiçilər, ifaçılar, tanınmış musiqi kollektivləri iştirak ediblər. Budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalı dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuşdu.