Moti Yeger: İsrail ilə Azərbaycan arasında əlaqələr həm strateji, həm də dostluq münasibətləri baxımından mühümdür
30.07.2025 [11:59]
Xəbərin mətni
Ölkələrimiz üçün əhəmiyyətli olan bu tədbirdə - “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin” növbəti məzun günündə iştirak etmək mənim üçün böyük şərəfdir. İsrail və Azərbaycan arasında olan əlaqələr bizim üçün həm strateji, həm də dostluq münasibətləri baxımından mühümdür. AZƏRTAC xəbər verir ki, bu fikirləri İsrailin “Technion” Universitetinin Davamlı Təhsil Mərkəzinin direktoru Moti Yeger bu gün Bakıda keçirilən “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin” növbəti məzun günündə çıxış edərkən səsləndirib.