Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu ilin sonunadək Gəncə İnnovasiya Mərkəzinin yaradılması nəzərdə tutulub

20.08.2025 [12:24]

Xəbərin mətni

Sumqayıt İnnovasiya Mərkəzi ölkə üzrə formalaşmaqda olan innovasiya şəbəkəsinin keyfiyyət baxımından növbəti mərhələsidir. Belə ki, cari ilin sonunadək Gəncə İnnovasiya Mərkəzinin yaradılması, həmçinin Naxçıvan Dövlət Universitetində də prototipləşdirmə laboratoriyasının təsis edilməsi nəzərdə tutulub. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov regionlarda həyata keçirilən innovasiya proqramının yekun təqdimat mərasimində deyib.