Muxtar Babayev: Azərbaycan son illərdə yaşıl enerji layihələri ilə beynəlxalq arenada lider mövqeyini möhkəmləndirib
25.08.2025 [18:20]
Xəbərin mətni
Bu tədbir avqustun 25-dən başlayıb və gənclərə həsr olunub. “İqlim Dəyişikliyi Yay Düşərgəsi” ötən il Bakıda keçirilmişdi, bu il isə Şamaxıda təşkil etməyə qərar verdik. Burada yaxşı şərait var. Tədbirdə 20 ölkədən 40-dan artıq nümayəndə, həmçinin yerli gənc müəllimlər iştirak edirlər. Əsas məqsəd “yaşıl təhsil” ideyalarının yayılmasıdır. Yəni iqlim dəyişiklikləri, dayanıqlı inkişaf və ekoloji maarifləndirmə ilə bağlı biliklərin uşaqlara və gənclərə çatdırılması. Düşərgə bu baxımdan çox faydalıdır. Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un sədri Muxtar Babayev deyib.