Hafiz Paşayev: Azərbaycan texnoloji inkişaf istiqamətində fəal addımlar atır
01.09.2025 [20:31]
Xəbərin mətni
Bu yarışmanın iştirakçılarından riyaziyyat, mühəndislik və məntiq sahəsində yüksək biliklər, eyni zamanda, komanda işi, yaradıcı düşüncə və innovativ həlləri sürətlə inkişaf etdirmək bacarığı tələb olunur. Biz inanırıq ki, təhsilə investisiya qoymaq və biznes təşəbbüslərini dəstəkləmək ölkənin davamlı inkişafı və rifahının təmin olunmasının ən təsirli yollarındandır. AZƏRTAC xəbər verir ki, bu fikirləri ADA Universitetinin rektoru Hafiz Paşayev sentyabrın 1-də Bakıda keçirilən Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalının açılışında deyib.