Azərbaycan Dövlət İnformasiya Agentliyi

Birinci yarımildə 6 mindən çox vətəndaş, 47 dövlət qurumunun 95 əməkdaşı hakerlərin hədəfi olub

05.09.2025 [12:39]

Xəbərin mətni

Artıq ölkəmizdə də beynəlxalq təcrübəyə uyğun olaraq, ilk dəfə “Bug Bounty” (Baq Baunti) proqramı həyata keçirildi. Bu, dövlət qurumlarımızın açıq və əməkdaşlığa əsaslanan yanaşmaya keçid etdiyini göstərir. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini, general-mayor Allahverən İsmayılov “Dövlət Qurumları İnformasiya Təhlükəsizliyi Rəhbərlərinin 6-cı Zirvə toplantısı”nda çıxışı zamanı deyib.