Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muxtar Babayev: COP29 nəticələri qlobal maliyyə sistemini insanlar və planet üçün daha ədalətli edəcək

08.09.2025 [16:36]

Xəbərin mətni

Biz hamımız iqlim böhranının dünya üçün yaratdığı təhdidi çox yaxşı bilirik. Biz həm də bilirik ki, qlobal emissiyalara ən az qatqısı olmağına baxmayaraq, bu çətinliklərin ön cəbhəsində Afrika ölkələri dayanacaq. Biz hamımız buradayıq, çünki Afrikanın iqlimə davamlı və firavan gələcəyi ilə bağlı ortaq baxışa sahibik. Qitə sıfır emissiyalı keçid prosesində qlobal liderə çevrilmək potensialına malikdir. AZƏRTAC xəbər verir ki, bunu İkinci Afrika İqlim Sammiti (ACW) çərçivəsində çıxış edən Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Sədri Muxtar Babayev deyib. M.Babayev Afrikanın iqlim böhranı ilə mübarizədə üzləşdiyi çətinliklərə diqqət çəkib.