Azərbaycan Dövlət İnformasiya Agentliyi

KOBİA rəsmisi: “Yaşıl biznes” təcrübələrinin tətbiqi məsələsi strateji fəaliyyətimizin mühüm istiqamətini təşkil edir

12.09.2025 [19:12]

Xəbərin mətni

Ölkəmizdə fəaliyyət göstərən bizneslərin 99,7 faizinin KOB subyektləri təşkil etdiyini və muzdlu işçilərin 44 faizinin məhz KOB müəssisələrində çalışdığını nəzərə alsaq, o zaman, KOB sektorunun geniş bir istehlakçı kütləsinin sudan səmərəli istifadə vərdişlərinin formalaşmasında əhəmiyyətli rol oynaya biləciyini söyləyə bilərik. AZƏRTAC xəbər verir ki, bu sözləri 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransı çərçivəsində keçirilən 6-cı Xəzər Su İnnovasiya Forumunda KOBİA İdarə Heyətinin sədrinin müşaviri Zaur Qardaşov bildirib.