Ordubada qar yağıb
20.09.2025 [12:50]
Xəbərin mətni
Naxçıvan Muxtar Respublikasının ərazisində qeyri-sabit hava şəraiti davam edir. Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Ordubad rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb. 3800-3900 metr yüksəklikdə qarın hündürlüyü 15 santimetrə çatıb.