Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyanın ən böyük elektronika bazarından reportaj

12.11.2026 [15:40]

Çində iqtisadi islahatlar başlayanda – 1979-cu ildə kiçik bir balıqçı qəsəbəsi olan Şencen illər sonra Çinin texnologiya sektorunun döyünən ürəyinə çevrilib. Şencendəki Huaçianbey ticarət zonası isə sənaye zonasından elektronika ticarət bazarına, daha sonra isə yüksək texnologiyalı inkubasiya sahəsinə çevrilərək, "Çinin Silikon Vadisi" olaraq, ölkədə texnologiyanın inkişafını göstərən əsas məkan hesab olunur.